adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Fevral 2018 17:14
10108
GÜNDƏM
A- A+

MTRŞ-dən efirlərə siqaret QADAĞASI

Televiziyaların efirində siqaret çəkilməsi ilə bağlı məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) həyata keçirdiyi monitorinqlərin predmetidir.

Bu barədə report-a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

T.Dadaşov deyib ki, bununla bağlı müvafiq arayışlar hazırlanır: "Yayımçıların müvafiq qanunun icrasına adaptasiya prosesi gedir. Bu mənada hələ də efirlərdə müəyyən nöqsanlara yol verilir. Lakin bu cür halların kütləviləşməsinə imkan verilməyəcək".

Qeyd edək ki, Prezidentin sərəncamı ilə ötən il qüvvəyə minmiş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, televiziya və videofilmlərdə, televiziya, video və kinoxronika proqramlarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağandır.