Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | İtiylə intihar edən adam Adalet.az | İtiylə intihar edən adam Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İtiylə intihar edən adam

18059    |   2018-02-16 12:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Keçənlərdə bir kitab diqqətimi çəkdi. Göy üzlü kitabda belə yazılmışdı: "Tanrının qrammatikası.” Maraqla açıb vərəqlədim. Kitabda müasir italyan yazıçısı Stefano Benninin şən və yalnızlıqla bağlı yazdığı silsilə hekayələr toplanıb. Hekayələrin hamısını oxudum, özü də çox ləzzətlə. Benninin "Bumeranq” adlı hekayəsi isə xeyli sarsıtdı məni.

Hekayə ilk cümləsi ilə oxucunu yerində saxlayır: "Bir gün cənab Remo qəfildən öz itinə nifrət eləməyə başladı.” Qəhrəmanımız Remo dul bir kişidir. Arvadını itirəndən iti ilə yaşayır, ancaq son günlər itinə də nifrət edir. İti isə o qədər təmiz, o qədər saf, o qədər sevgi doludu ki...

Günü-gündən itinə nifrəti artan Remo onu daha yemləmirdi.

"İki gün itini yeməksiz qoydu. Bum isə məhəbbətiylə sahibini təngə gətirirdi. Cənab Remo yemək üçün masa arxasında əyləşərkən, it heç nə istəmirdi, heç masaya da yaxınlaşmırdı. Maraqla sahibini izləyən Bumun gözlərindən bunu oxumaq olardı: "Sahibimin yemək yeməsi mənim üçün kifayətdir. Əgər sahibim doydusa, onda mən də toxam”. Sahibi ağzını marçıldadıb yedikdə, Bumeranqın baxışları ülviləşirdi. Yemləmək zamanı gələndə isə, Bum cəld kasaya tərəf qaçmırdı, təmkinlə və minnətdarlıq duyğusuyla quyruğunu bulayır, sanki demək istəyirdi: "Əgər məni çörəklə sınağa çəkirsənsə, demək belə lazımdır. Yada saldığın üçün təşəkkür edirəm sənə, ey mənim sahibim.”

İtinə olmazın əzablar verir, çörək vermir, küçədə gəzdirmir.

Kitabın səhifəsini qatlayıb kəndimizdəki qara itimizi xatırladım. Yayda kəndə gedəndə hər dəfə üstümüzə atılar, sevincək quyruğunu bulayardı. Evdən hamı çıxıb gedəndən sonra it tək başına qaldı. Düz 5 il bizi gözlədi. Qonşuların quru çörəyinə dolanan qara itimiz bir gün can verdi. İtlər haqda kimsə danışanda qara itimiz yaddaşımda peyda olur.

Haqqında danışdığım hekayənin bir detalı mənə güllə kimi dəydi:

"Arvadı Dora hələ sağlığında demişdi: "Remo, ölüb eləsəm, xahiş edirəm, itimizi tullama”.

Remo arvadının bu sözlərinə acıqlanıb, ürəyində fikirləşmişdi: iti tullamaq kimi bir rəzilliyə əl atacağım bu arvadın hardan gəldi ağlına?! Amma kasıb Dora ərinin qəddarlığından xəbərdar idi. Doranın ölümünü Remo xəyanət saydığından, itdən qurtulmaqla taleyindən intiqam almağa çalışırdı.”

Məhz son cümlə necədə dəhşətli, sirlidir: taleyindən intiqam almağa çalışırdı. İnsan öz sevdiyinin acığını həyatdan, taleyindən almağa çalışır. Həyat dərinlərdə necə də kədərli, necə də ifadə edilməz dərəcədə ağırdır.

Yiyəsi iti azdırmaq qərarına gəlir. Hara aparıb tullayırsa, bir neçə gündən sonra it geri qayıdır. Sahibi itdən qurtulmaq üçün, hətta ölkəni, qitəni belə dəyişir. Ancaq çifayda... İti ilə hava limanında rastlaşır. Axırda sahibi iti ilə birgə intihar edir.

"Cənab Remo yuxarı mərtəbədəki nömrəsinə qalxdı. Qapını açıb, eyvana çıxdı. Bumeranq razı halda xalçanı iyləyirdi. Cənab Remo ağ pencəyini və şlyapasını çıxardı. Dənizə baxdı, səmaya baxdı, baxışları uzaq üfüqlərə pərvazlandı. Arxaya çəkilib, sürətlə irəliyə doğru qaçdı. Eyvandan tullandı. Pəsərtişlə sahibinə baxan top mərmisi sayaq kök Bumeranqı sonuncu dəfə gördü. Remo və Bum yan-yana aşağı şığıyırdılar. Sahibim, bu, yeni oyundurmu?

Yerli mətbuat bu kədərli və təsirli hekayəyə hətta bir başlıq da həsr etmişdi: "İti ilə intihar edən adam.”




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK