adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Fevral 2018 15:17
11622
DÜNYA
A- A+

ÜZÜNÜ AÇSANA…

Türkiyənin hakim AK partiya millət vəkilinin qardaşı, Konya miqrasiya idarəsinin müdiri Əhməd B. yaşamaq izni almaq üçün idarəyə gələn Misirli mühacir qadına təcavüz iddiasıyla göz altına alınıb. Şikayətçi qadının evində tutulan müdir polisdəki ifadəsinin ardından prokurorluğun qərarı ilə sərbəst buraxılıb. O, azadlıqda ola-ola istintaq ediləcək. Konya valiliyi də iş üzrə inzibati araşdırma aparacaq.

Misirli qadın deyib ki, yaşayış izni almaq üçün məmurun yanına gedərkən sənədlərdəki fotoşəkilin mənə məxsus olduğunu təyin etmək üçün üzümdəki örtüyü açmağımı istədi. Sonra dedi ki, həqiqətən sənin şəkilindir və mənim xoşuma gəldin. Qadının sözlərinə görə məmur bir neçə dəfə üç uşağıyla qaldığı evə gələrək ona intim münasibət təklif edib. Axırda aramsız təzyiq və təhdidlər tab gətirməyərək iki qız cocuğunu da götürərək Ankaraya gedib. Ankarada ev tutub qızlarını ora qoyduqdan sonra oğlunun və əşyalarının dalınca Konyaya gələrkən yenidən həmin məmurun təzyiqləri və ədəbsiz təklifləri ilə üzləşib. "Yenə evimə gəldi, oğlumu dükana göndərib təklifində israr etdi. Mən də oğluma mesaj ataraq polis çağırmasını istədim. Az keçmədi ki, oğlum polislərlə içəri girdi” –deyə 40 yaşlı qadın izahatında bildirib. Ancaq Əhməd B. qadının evinə guya onun ehtiyaclarını öyrənib yardım göstərmək üçün getdiyini bildirərək ittihamları rədd edib.