adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Fevral 2018 12:43
8591
HADİSƏ
A- A+

FHN rəsmisi: Bayılda hazırda vəziyyət stabilləşib

"Bayılın sürüşmə sahəsində 4 evin dağılması gözlənilən hadisə idi".

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə vəziyyət stabilləşib və 3 gündür hərəkət yoxdur: "Biz vaxtında təhlükəsizlik tədbirləri görmüşdük və insanları oradan çıxarmışdıq. Hazırda ərazidə tədqiqat işləri aparılır. Lakin biz mütəxəssis kimi məsələ qoymuşuq ki, əhali bu əraziyə bir daha köçürülməsin”.

Qeyd edək ki, ötən həftə Bayıl yamacında baş verən növbəti sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.