adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Fevral 2018 12:42
21901
MƏDƏNİYYƏT
A- A+

Tanınmış teleaparıcı dünyasını dəyişib

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayının bədii rəhbəri Kamran İsrafilov bu gün səhər saatlarında dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, tanınmış teleaparıcı, uşaq verilişlərinin və tədbirlərinin aparıcısı kimi tanınan 39 yaşlı Kamran İsrafilov uzun müddət İctimai Televiziyada işləyib.

Qeyd edək ki, Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin, İTV-də uşaq və digər verilişlərdə aparıcı olub, bu yaxınlarda təqdimatı keçirilən Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış "Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb. Kamran İsrafilov, həmçinin yeni yaradılan Uşaq Teatr-Studiyasının rejissorudur.