adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Fevral 2018 12:20
13925
DÜNYA
A- A+

“Zeytun budağı” əməliyyatı: 1369 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb.

Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, "Zeytun budağı” əməliyyatının başlamasından bu günə qədər 1369 terrorçu məhv edilib. Təkcə ötən gün terrorçuların olduğu 15 hədəf məhv edilib, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub 103 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.