adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Fevral 2018 11:27
7627
SİYASƏT
A- A+

Əli Əhmədov YAP-ın səlahiyyətli nümayəndəsi oldu

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib.

Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Əli Əhmədov Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.