adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Fevral 2018 16:03
7023
GÜNDƏM
A- A+

Nazirlik işçiləri Heydər Əliyevin məzarını ziyarət edib

Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 18-ci ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır.

Vergilər Nazirliyinin rəhbərliyi və əməkdaşları bununla əlaqədar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Sonra nazirliyin kollektivi Şəhidlər xiyabanına gələrək şəhidlərimizin xatirəsini anıb, məzarları üzərinə güllər düzüblər.

Nazirliyin kollektivi adından "Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.