adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Fevral 2018 12:45
5911
MƏMLƏKƏT
A- A+

Çaylarda sululuq səviyyəsi dəyişib

Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, BöyükQafqazınQuba-Xaçmazbölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, KiçikQafqazın çaylarında 190-210,Lənkəran-Astarabölgəsi çaylarında 100-160, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.