Türkiyə 11 şəhidin intiqamını aldı
Ötən gün Afrində 11 əsgəri şəhid olan Türkiyə ordusu terrorçulara ağır zərbələr endirib.
Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, gecə saatlarında PKK, PYD qruplaşmasının mövqeləri bombardman edilib. Partlayış səsləri sərhədboyu bölgələrdə eşidilib.
Havadan və qurudan edilən hücumlar nəticəsində xeyli sayda terrorçunun məhv edildiyi bildirilib.
Türkiyə Baş Qərargahının yaydığı son məlumata görə, Afrində bu günədək 1180 terrorçu öldürülüb. Hazırda "Zeytun budağı" əməliyyatı uğurla davam edir.
Qeyd edək ki, ötən gün Suriyanın Afrin bölgəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub. Nəticədə 2 pilot həlak olub. Ümumilikdə ötən gün Türkiyə ordusunun 11 əsgəri şəhid olub, bir neçə hərbçi yaralanıb.
Digər Xəbərlər
20 Aprel 2024 12:01
ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI
20 Aprel 2024 10:43Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
20 Aprel 2024 09:21Quterreşdən Azərbaycan və Ermənistana çağırış
20 Aprel 2024 09:10