Axtarışda olan dələduz tutuldu
Bakıda dələduzluğa görə axtarışda olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 8-də Bakı şəhər sakini Həsrət Qorçuyevə məxsus avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Rufullayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Digər Xəbərlər
24 Aprel 2024 11:16