adalet.az header logo
  • Bakı 13°C
10 Fevral 2018 12:50
11232
SİYASƏT
A- A+

Azay Quliyev “Avropa Gənclər Parlamenti”nin nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev "Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Mənim Parlamentim – My Parliament” layihəsinin qonağı olub.

Adalet.az xəbər verir ki,Azay Quliyevgörüş üçün müraciət edənAvropaGənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin üzvlərindən ibarət 25 nəfərlik heyəti görüş üçün Azərbaycan RespublikasınınPrezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına dəvət edib.

Dəyirmi masa formatında baş tutan maraqlı və interaktiv görüşdəAzay QuliyevQHT Şurası vəATƏTPA-nın fəaliyyəti fəaliyyəti ilə bağlı gənclərə geniş məlumat verib. A.Quliyev, eyni zamanda,AvropaGənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin gələcək fəaliyyəti ilə əlaqədar fikirlərini və tövsiyələrini bildirmiş və onların suallarını cavablandırmışdır. O, eyni zamandaATƏTPA-nın vitse-prezidenti kimi,ATƏTiləAvropaGənclər Parlamentinin Azərbaycan nümayəndəliyini sıx əməkdaşlıq qurmağa dəvət edib.

Azay QuliyevhəmçininAvropaGənclər Parlamentinin Azərbaycan nümayəndəliyi tərəfindən keçirilməsi nəzərdə tutulan "Qarabağ Beynəlxalq Forumu”nun əhəmiyyətindən danışıb və qeyd edilən beynəlxalq forumun təşkili və gündəliyi ilə bağlı tövsiyələrini bildirib.

Qeyd edək ki, "AvropaGənclər Parlamenti”Avropanın 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır. "Mənim Parlamentim” layihəsinin məqsədi gəncləri Azərbaycan RespublikasıMilli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir. Daimi xarakter daşıyan bu layihə çərçivəsində gənclərinMilli Məclisin üzvləri və komitə sədrləri ilə görüşləri də nəzərdə tutulub.