adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Fevral 2018 12:15
12936
MƏMLƏKƏT
A- A+

Naxçıvanın 50-dən çox ölkə ilə ticarət əlaqələri var

Ötən gün Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sahibkarlarla görüşü olub.

Adalet.az-ın məlumatına görə, görüşdə qeyd olunub ki, hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur.

İstehsal olunan müxtəlif adda məhsulların ixrac imkanlarının artması səbəbindən artıq 9 ildir ki, muxtar respublikanın xarici ticarətində müsbət saldo qeydə alınır.



Qeyd olunub ki, Naxçıvan Avtomobil Zavodunda 14 modeldə avtomobil istehsal olunur. Hazırda zavodun Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında ehtiyat hissələrinin satışı mağazaları fəaliyyət göstərir. Bu il Şərur və Culfa rayonlarında texniki xidmət sahələri yaradılacaq.