Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb.
Adalet.az xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, "Zeytun budağı” əməliyyatının 21-cı günündə terrorçuların 36 hədəfi məhv edilib.
Məlumatda qeyd olunub ki, əməliyyatlarda indiyədək 1141 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.