adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Fevral 2018 11:03
15667
KRİMİNAL
A- A+

Polis əməliyat keçirdi - 54 nəfər TUTULDU

Respublika ərazisində ötən gün ərzində daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si "isti izlər”lə açılıb.

Bu haqda Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd olunur ki, ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.