Əbülfət MƏDƏTOĞLU: CAVABINI GÖZLƏMƏDİYİM SUAL

ƏBÜLFƏT MƏDƏTOĞLU
58792 | 2018-02-09 16:21

Hərgünün bir hökmü var deyiblər. Öncə mən buna inanmamışam və öz-özümə düşünmüşəm ki,gün hara, hökm hara? Hökmü şahlar, vəzifə sahibləri, səlahiyyətlilər, lap elə hakimlərverə bilər. Bir də ki, hökm Allahdangəlir. Amma yaşadıqca başa düşməyə başladım ki, sən demə, günün sahibi elə Allahimiş. Biz sadəcə günün içərisində doğuluruq, yaşayırıq və...

Və kimsə günün içindətarixiləşir və o günlərin toplumu olan illərin, qərinələrin yaddaşına köçür, ordada yaşamağını davam etdirir. Kimlər isə elə bitən bir günlə də özünü bitirir - olursabun köpüyü və əriyib gedir, bir şey qalmır ondan. Bax, təəssüf doğuran da eləbudur. Deməli, mən günün hökmünün olduğuna inanandan sonra, artıq gec olsa da, ammaəmin oldum ki, mənim də, sənin də, onun dahər günün qarşısında məsuliyyətimiz də var, hər günün içində əritdiyimiz ömür payımızda. Haqqımız və payımız arasında vuruşa-vuruşa, dartışa-dartışa yaşadıqca ömrümüzləbərabər kimlərisə yaşatdıq, kimlərinsə yaşamaq haqqına əngəl törətdik. Bax, bu dainsanlıq xilqətimizdir. Yəni görə-görə, duya-duya, anlaya-anlaya gəldiyimizdən gördüklərimizi,duyduqlarımızı, anladıqlarımızı bəzən bilərəkdən, bəzən də özümüzdən xəbərsiz özümüzətransfer edirik, yəni köçürürük. Bir az da sadə desəm, kopyalayırıq, üzünü çıxarırıq...Gördünüzmü, neçə eyni mənanı ifadə edən sözü bir sıraya düzdüm. Bu hələ harasıdı?Bax, biz də günün içində beləcə sıralanırıq, beləcə düzülürük. Həm ucala-ucala,həm də üzülə-üzülə günləşirik, aylaşırıq... Və bir də...

"Ömür bitir,yol bitmir" deyiblər. Bunu da həmin o kişilər deyibdi - "Hər günün özhökmü var" deyən kişilər. İndidən gözümünqarşısına gətirmişəm o yolu - gəldiyim və gedəcəyim yolu. Gəldiyimdən artıq xəbərdaram.Ağrı-acısını da yaşamışam, çətinliklərini də, sevincini də, kədərini də. Amma getdiyiminməni nələrdən keçirəcəyini hələ ki, tam bilmirəm. Bir-iki xırda təfərrüatdan, kiçikcizgilərdən başqa. O təfərrüatlar, o cizgilər üst-üstə yığılanda yəqin ki, bir dağboyda olar. Mən isə dağlardan uzaq düşüb dağ boyda olan dərdlərlə yaşadığımdan indi dağa üz tutmaq ovqatında deyiləm, heç belə biristəyim də yoxdu. Amma neyləyim ki, bitməyə doğru gedən ömür özü məni o yola tərəf çəkib aparır. Sanki israr edir, pıçıldayırki, gedə biləcəyin qədər getməlisən. Gedib çatdığın nöqtədə səni nə gözləyir onu düşünmə, onu ağlına gətirməvə ümumiyyətlə, onun sənə dəxli yoxdur. Mən də bu istəyə, bu pıçıltıya qarşı çıxabilmirəm... susuram və...

Görünür, elə o dedikləriminhəyatımdakı əks-sədasıdı indi sizə oxuyacağım şeir də... Çünki elə bir anım, eləbir günüm, elə bir məqamım yoxdu ki, onu bütünlüklə xoş ovqatla, xoş düşüncəyləyaşayım, tamamlayım. Və əgər bu yoxdursa, onda mən başqa nə cür düşünüb, nə cüryaza bilərəm ki? Hər şey tamdı, bütövdü. Tam olmayan günün həyatı, reallığı da elə bu cür misralanmalıdır.


Qızarıbdı gözləriminqarası,

Sızıldayır ürəyiminyarası...

Elə bil ki, günləriminparası -

Cənnət olur, parasıda cəhənnəm...


"Ah" tökülüryarpaq kimi gah tək-tək,

Yarpaq özü"ah" da çəkir, "ah" tək-tək...

Günlərimdən gün seçirəmşah, tək-tək -

Cənnət olur, parasıda cəhənnəm...


Lap əzəldən bu necəbir gəlişsə

Adıma, ya qismətimənə düşsə...

Anlamıram, inanınki, nə işsə -

Cənnət olur, parasıda cəhənnəm...


Bir şairə, bir şeirə,bir də ki,

And yeridi, bir göydə,bir yerdəki!

Siz güldükcə, mənçəkdiyim dərddəki -

Cənnət olur, parasıda cəhənnəm!..


***

Sözün bu məqamındayenə gözümün qarşısına gətirirəm cənnətli-cəhənnəmli ömrün yollarını. Açılacaq indiqarşımda. Çıxıb gedəcəyəm o yollarla bir az dərviş kimi, bir az şair kimi, bir azsağlam, bir az xəstə, bir az ümidli, bir az ümidsiz... Bir az da hamıdan daha çoxmənə könül vermiş xəyallarla. O xəyallarla ki, illərdi əlini yuxarıdan üzü aşağıuzadıb, mən də tutmuşam bir əlindən və sallaşıb gedirəm onun getdiyi, apardığı yerlərə.Düzünə qalsa, o xəyalların nə vaxtsa çin olacağını mən heç ağlıma gətirmirəm. Lakin bir təsəlli kimi, bir az da özümü ovutmaqüçün yapışmışam əlindən-ətəyindən. Elə hey çalışmışam ki, o əl, o ətək əlimdən çıxmasın... Və hara, necə aparır, aparsın məni özüylə.Onsuz da yollar bitmir ki...

Sözümü başqa səmtəyozmayın, necə deyərlər, qəribçiliyə salmayın. Nə yazıramsa, nə düşünürəmsə, eləhəmin o hələki bitməyən yolumdakı yol-yoldaşım da xəyallarımdan süzülüb gəlir. Baxmayaraq ki, xəyalpərvərlik hələ heç kimə uğur bağışlamayıb. Hərdən mənə eləgəlir ki, bu uğur barəsində düşünməyin özü absurddur. Çünki olmayan bir şey haqqındadüşünməyin nə mənası var?

İndi deyəcəksinizki, hər iki məqamı özüm önə çəkirəm, özüm diqqətə təqdim edirəm. Lakin onu deməyəcəksiniz və demək istəməyəcəksiniz ki, kül altındakı qor da bəzən böyük bir alova imkanverir - alışır, yanır, isidir, ətrafa qüvvələr,güclər toplayır. Sanki son döyüşə yollanacaq. Amma kiminlə? Bəlkə özü-özünlə?! Mənbu sualın cavabına azacıq inanmağa başlayıram. O inancla da deyirəm ki:


Bu anda

xəyalımda

dolaşır ki,

mən yerin altında-

yəni metroda...

sənsə

onun girişində...

odur ki,

bir

ilğımın,

ümidin

işartısı var içimdə

hələ də

nəyinsə dəyişəcəyinə!..

yəqin ki,

ya ruhumuz,

ya da

gözümüz

bunu görüb duyacaq

biz görüşəndə...


***

Hər dəfə səfər əhval-ruhiyyəsiyaşayanda, özümü ona kökləyəndə nədənsə mənə elə gəlir ki, geriyə qayıtmaq, qoyubgetdiklərimlə yenidən görüşmək sual altına düşəcək. Bu, inamsızlıq, ümidsizlik deməkdeyil. Sadəcə, ayrılmağın özündən doğan, o sözün özündə ifadə olunan mənanın şəxsənmənə təsiridi. Görünür, ya həssaslıqdandı, ya da hardasa zəiflikdi ki, mən o təsiraltına tez düşürəm. Elə o təsirlə də ayrılmaq,getmək yolu daha da çətinləşdirir, yolu daadama yük edir. Hətta bəzən elə bilirsən ki, yol sənin içindən deyil, çiynindənötüb gedir. Əgər gedə bilirsə?..

Heç yadımdan çıxmır.Neçə il öncə həmin yolu bir uşaq sevinciylə, az qala yüyürə-yüyürə getməyə həvəsliydim.

Çünki yol da yeniydi,arzu da, istək də yenicə baş qaldırmışdı içimdə. Bu da öz növbəsində gedənə də,yola salana da, qarşılayana da ümidli nələrsə vəd edirdi. İndi isə ayaqlarımdandaş asılmış kimi gedirəm. Bu da o deməkdir ki, ayaqlarımı aparmaq yaman çətinləşib.Doğrudur, deyirlər ki, çətinliklərdən keçən, vuruşlardan doğan hər bir nəticə şirinolur. Amma təəssüf ki, həyatda mənim qazandıqlarımınheç biri istədiyim an, istədiyim yerdə, istədiyim səviyyədə gerçəkləşməyib. Ona görə də sevincin dadını çıxarabilməmişəm. Nə qədər çalışsam da, istədiyim vaxtda yetişməyən meyvə kimi...

Köhnə xatirələrdənolsa da bir şeir var içimdə. Onu da elə Sənə yazmışam, Sənin adına yazmışam. Deməkistəmişəm ki...


Yoxdu şirin heç birşey

Dərdin dadından başqa...

Dilimi bal eləyən-

Sənin adından başqa...


Arayıram, seçirəm

Öz içimdən keçirəm...

Hamıyla qəm içirəm-

Bir o qadından başqa!


Həsrət nələr almayıb

Mən görkəmə salmayıb...

Tay inancım qalmayıb-

Onun andından başqa!..


***

Sizinlə həmsöhbətolduğum bu yazı məkanında və bir az da obrazlı desəm, sizin bu yazını oxuduğunuzzaman kəsiyində bir daha anladım ki, həmsöhbət olmağın özü də hardasa bir yoldu...yaşanan bir andı, gündü. Yəni biz bir-birimizədoğru gəldik, bir-birimizlə üz-üzə, göz-gözə oturduq, olandan-olmazdan, varımızdan-yoxumuzdan,gəlib-gedənimizdən danışdıq, fikir bölüşdük. Bilmirəm, sizə necə təsir etdi, ammamən özümü bir az yüngülləşdirdim. Yəni ürəyimin hansısa bir səhifəsini sizinlə bölüşdüyümdənonun yükü nisbətən azaldı. Təbii ki, məcazi mənada. Axı, ürəyi bölüşmək özü də eləməcazi deyimdi...

Biz bu məcazi deyimləriniçərisində hərdən özümüz də elə məcazi oluruq. Yəni virtual görüşlər, yazışmalar,danışmalar, telefon bağlantıları və sairəbizi məcazi mənaya doğru çəkib aparır. Bu məni hərdən qorxudur da. Doğrudur, zamanıntələbidi, zamanın diktəsidi. Amma bu hardasa soyuma, buzlaşma, uzaqlaşma deməkdihəm də. Axı, üzbəüz təmasla, diz-dizə söhbətlə, göz-gözə anlaşmaqla məcazi təmaslarınarasında yerlə göy qədər fərq var. İnsan bu fərqin içərisində özü də hiss etmədəneləcə dəyirman daşı altında ovulan, üyülən dərin taleyini yaşayır deyəsən. Bax,bu deyimin özü də məcazi oldu. Elə deyilmi? Nə isə...

Bəli, bir səfər öncəsibütün düşündüklərimin hamısını kağıza köçürmək istəyimdən uzaq duraraq yenə sözümünsarı siminə qayıdıram. Həqiqətən gün öldürmək, gün bitirmək ağır bir məsələdir.Onun altına çiyin vermək, ona imza atmaq, özü də heç nə olmamış kimi, sonra da yorğanıbaşına çəkmək heç yaxşı iş deyil. Mən bu yaxşı olmayan işin günahkarlarından sayılmağıheç istəməzdim. Əksinə, mənim könlümdən gəlib keçir ki:


Kirpikdən yuxumudərib

Səpim gecənin üstünə...

Sevgim Məcnun yaşdaolar-

Gəlsən neçəni üstünə...


Könül olmasa pirdaha

Qalmaz ki, bizdəsirr daha?!

Unut, götürmə birdaha -

Olub-keçəni üstünə!..


Süz, kədəri içim,axı

Alovlanıb içim axı?!

Demə, indi seçimaxı -

Nə cür, necəni üstünə...


Deməli, bütün buhallara uyğun olacaq bir sual ünvanladım. Siz deyin, necə, nə cür, necəni seçə bilərəmki, onun ürəyincə olsun, ona yaraşsın, onun gününü mənalı etsin?! Hər halda, bumənim sizlərdən istəyimdi, cavab verməyə də bilərsiniz... Mən isə onlu günlərimisizli günlərimlə bərabər tutub yolumu davam etdirirəm. Hələ ki, yeriyə bildiyimüçün...


TƏQVİM / ARXİV