adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Fevral 2018 16:01
8666
GÜNDƏM
A- A+

Rusiya Bakı-Tbilisi-Qars dəmir yoluna maraq göstərir

Rusiya Bakı-Tbilisi-Qars dəmir yolu ilə dəmir məmulatlarının daşınmasında maraqlıdır.

Adalet.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov AzərTAC-ın sualını cavablandıraraq deyib.

Nazir bildirib ki, Moskvada səfərdə olarkən metallurgiya şirkətlərinin nümayəndələri ilə danışıqlar aparıb. Danışıqlar zamanı Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər ay 70 min ton dəmir məmulatlarının göndərilməsi istəyi bildirilib.

C.Qurbanov qeyd edib ki, Rusiya taxta, dəmir məmulatlarının Qarsa oradan isə qida məhsullarının Rusiyaya daşınmasında maraqlıdır.