GEDİŞ

İRADƏ TUNCAY
93878 | 2018-02-09 15:13

Moskvada təxminən 170 teatr fəaliyyətgöstərir. Təbiidi yəqin. Özü bir ölkədi Moskva. Və həm də saray ,əyanlar olanyerdə onları əyləndirən nəsnələrin olması da təbiidi. 1672 -ci ildən var.Dünyada isə... Dünyada isə lap antik dövrlərdənmövcuddu. İndiyə qədər də səhnələrdə antik dramaturqların əsərləri uğurla nümayiş olunur.

İllər öncə indiki Türkiyənin ərazisindəolan və turistlərin həvəslə ziyarətetdikləri Efes şəhərinin xarabalıqlarıngəzəndə fikir vermişdim -ən görkəmli yerində amfiteatr və kitabxana vardı. Deməli insanlar hələMiladdan öncə şəhər salanda birinci diqqət etdikləri bu olub. Bilikvə bu bilikləringöstərilməsi üçün yer,məkan. Zatənelə o vaxtdan "çörək və tamaşa” prinsipi də işləyir.

Şərq şəhərlərində arxeoloji qazıntılar aparanda orda hamam,təndir ya nəsə məişətdəlazım olacaq istehsal sahələrininqalıqlarına rast gəlmək olur. Teatr isə... Bu bizim indi Mars haqqında, orda həyathaqqında düşüncələrimizə bənzər birşey olardı. Deməli bu gün Marsagetmək üçün yolu onlaro vaxtdan teatrdan başlayıblar. Bilikdən vəbu biliyi göstərməkdənbaşlayıblar.

Teatr qədim yunan dilində "baxmaq, görmək, göstəri, tamaşa”anlamını verir. Və neçə-neçə sənətinsintezindən yaranır.Ədəbiyyat, musiqi, rəqs, vokal, təsviri sənət vəsairə və sairə. Bütün dövrlərdəteatr kollektiv sənət növüdü. Rejissor, rəssam, bəstəkar, xoreoqraf,kostyumer, butafor, işıqçı və sairə və sairə. Busənətin sintezin bizə göstərən isə,ağırlığı daşıyan isəaktyordu, aktyor... Gerçəkliyi əks etdirmək, konflikti , xarakterləri göstərmək,cəmiyyətin mənzərəsini vermək – budur teatrın ümdə vəzifəsi. Kimbunu bacara bilibsə irəliyə (bugünkü Marsa) yolu açılıb. Teatrın inkişafı hərzaman bütünlükdə cəmiyyətin, mədəniyyətin tənəzzül, tərəqqisindən asılıdı. Deməliqarşılıqlı şəkildə təsiredir bir-birinə. Məcburi həmtamaşaçı ,həm də oyunçu olduğumuzbu aləmdə məcburi rejissor dəyişikliyi bizi birgün gülməyə,bir gün ağlamağa ,bir gün susmağa vadar edib.Şekspir çox haqlıdı. ...

Moskvanın Maliy Teatrında məşhur bir aktrisavardı –Yelena Qoqoleva. Teatrcameasında önəmli bir isim idi. 93yaşında vəfat etdi və sona qədərdə səhnədə qaldı. Son vaxtlarhətta səhnəyə əlilarabasında gətirirdilər. Məxsusi onayönəlik rollar yazılırdı və o dasevimli sənətindən uzaq düşmürdü.Vladimir Zeldin 100 yaşından artıqyaşadı və səhnədə bitirdi həyatını.Eynən onun üçün də məxsusi tamaşalar vərollar hazırlanırdı. Lazımolduqların dərk eləmək ömrünuzadır insanın. Əksini anladığıngün bitirsən. Fərq eləməz 50yaşındasan ya 80....

Miqyas və bundan doğan gerçəklər. Baxmaq , görmək, göstəri... Baxmaq və görməmək ... O ,lazım olmadığını çoxdan dərketmişdi . Əslində elə çoxdangetmişdi...


İradə TUNCAY

TƏQVİM / ARXİV