adalet.az header logo
  • Bakı 12°C
10 Fevral 2018 10:37
16767
SİYASƏT
A- A+

KSENİYA SOBÇAK ƏN VARLI NAMİZƏD OLDU

Rusiya Mərkəzi Seçki Komissiyası ölkə prezidentliyinə namizədlərin qeydiyyatını başa çatdırıb. Bu ilki prezident seçkilərində hələlik ilk yenilik qeydiyyat mərhələsində baş verib. Sənədlərini MSK-ya təqdim edən 8 namizədin hamısı qeydə alınıb. Martın 18-də keçiriləcək seçkilərdə ölkə kommunistləri iki namizədlə iştirak edəcək. Ənənəvi Rusiya Kommunist Partiyasının namizədi Pavel Qrudinindir. Görünür, G. Züqanov namizədliyini verməkdən yorulduğu üçün nəticəsi əvvəlcədən heç kimdə şübhə doğurmayan seçki marafonuna qoşulmayıb. Ondan fərqli olaraq liberal demokratların lideri V. Jirinovskinin və "Yabloko”nun başçısı Q. Yavlinskinin enerjiləri hələ tam tükənmədiyi üçün yenə də qaydasız döyüşün iştirakçısı olmağa qərar veriblər. Yeri gəlmişkən, kommunist və liberal-demokrat partiyaları parlamentdə təmsil olunduqları üçün onların namizədləri imza toplamadan qeydiyyata alınıblar.

Parlamentdə təmsil olunmayan siyasi partiyaların namizədləri isə qanuna görə 100 min imza toplamalıydılar. Bu kateqoriyaya Q. Yavlinskidən başqa "Vətəndaş təşəbbüsləri” partiyasının namizədi Kseniya Sobçak, "Rusiya Komunistləri” partiyasının namizədi Maksim Suraykin, Rusiya ümümxalq İttifaqı”nın namizədi Sergey Baburin, "Yüksəliş Partiyası”nın namizədi Boris Titov daxil idilər. Seçkilərə yalnız hazırkı prezident V. Putin müstəqil namizəd kimi qatılıb. Onu digər namizədlərdən fərqləndirən başlıca keyfiyyəti təkcə müstəqil namizədlər üçün 300 min imza toplamaq lazım gəldiyini bilə-bilə halalca partiyasının namizədi olmaqdan imtina edərək özünü belə bir ağır riskin altına atmasıdeyil. Putin digər opponetlərindən ("opponent” kəlməsi bir az yekə çıxdı, deyəsən)daha çox onunla fərqlənir ki, o, prezident olmaq uğrunda mübarizə aparan, daha doğrusu, adını bülletenə salan yeganə namizəddir. Qalan namizədlərin hamısı bu marafon-şouya ya öz şəxsi piarları, ya partiyalarının gələcək reytinqi, ya da xüsusi tapşırıqla qoşulublar. Amma kommunist partiyasının namizədi P. Qrudininin sovxoz direktoru olması adamın qəlbinə azacıq da olsa şübhə toxumu səpir. Ortada Lukaşenko nümunəsi var, axı.

Hələ, K. Sobçakı demirik. Sən demə, 8 namizədin ən varlısı seçkinin bu qızğın çağında işini-gücünü atıb, ABŞ-a səfərə gedən (görəsən niyə?) bu xanım imiş. 400 milyon rubllıq sərvətlə. Nəzərə alsaq ki, seçki yarışı həm də puldur, bir az başqa cür desək, pul həm də səsdir, onda Putinin özünü sığortalaması üçün ən azı üç-dörd görüş keçirməsinə, heç olmasa bir falçı və bir astroloqla məsləhətləşmələr aparmasına ehtiyac olacağını elə indidən proqnozlaşdırmaq olar.

NAMİZƏDLƏRİN VAR-DÖVLƏTİ

ARALARINDA EVSİZ-EŞİKSİZLƏR DƏ VAR

(Çoxu rəqəmlərdir, rusca da başa düşülər. Birdə ki pulun və var-dövlətin dili-filanı olmaz)