adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Fevral 2018 12:36
13349
MƏMLƏKƏT
A- A+

Sakinlərin 5 %-i erkən nikaha müsbət baxır

"Yaşın nə fərqi var ki ?!" ritorik sualını tez-tez eşidirik. Əksər hallarda bu nədənsə məhz sevgi-məhəbbət mövzusuna ithaf olunur. Bəzən bu mövzunun "cazibə"sinə aldanıb yaş həddini unudanlar da az olmur. Belə ki, Azərbaycan qanunvericiliyə əsasən nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaş olaraq müəyyən olunub. Amma qanunun aliliyini ciddiyə almamaqdan və ya digər səbəblərdən irəli gələrək bəzən vətəndaşlar erkən nigaha daxil olur. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan ailələrdir.

UNİCEF-in məlumatına görə Azərbaycanda bir il ərzində 15 yaşına çatmayan beş minə qədər qız ailə qurur.

Rəyi öyrənilmiş Bakı sakinlərinin dörddə üçü 18 yaşından kiçik fərdlərin ailə qurmasına mənfi yanaşır (76 %). Mövzunun ürək-könül məsələsi olduğunu nəzərə alanlar məsələyə neytral yanaşırlar (17 %). 5 % respondent isə erkən nikahlara müsbət baxdığını söyləyir.

Paytaxt sakinlərindən soruşulan digər sual isə övlad sahibi olub olmamaqlarından asılı olmaraq uşaqlarının erkən nikaha girmələrinə icazə vermələri ilə bağlı idi. Sorğu nəticəsində məlum oldu ki, respondentlərin böyük əksəriyyəti övladının 18 yaşından tez ailə qurmasına qarşıdır (87 %). Rəyi öyrənilmiş hər on nəfərdən biri isə məsələyə müsbət yanaşır (10 %).

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.