Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Sakinlərin 5 %-i erkən nikaha müsbət baxır Adalet.az | Sakinlərin 5 %-i erkən nikaha müsbət baxır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sakinlərin 5 %-i erkən nikaha müsbət baxır

8625    |   2018-02-09 12:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yaşın nə fərqi var ki ?!" ritorik sualını tez-tez eşidirik. Əksər hallarda bu nədənsə məhz sevgi-məhəbbət mövzusuna ithaf olunur. Bəzən bu mövzunun "cazibə"sinə aldanıb yaş həddini unudanlar da az olmur. Belə ki, Azərbaycan qanunvericiliyə əsasən nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaş olaraq müəyyən olunub. Amma qanunun aliliyini ciddiyə almamaqdan və ya digər səbəblərdən irəli gələrək bəzən vətəndaşlar erkən nigaha daxil olur. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan ailələrdir.

UNİCEF-in məlumatına görə Azərbaycanda bir il ərzində 15 yaşına çatmayan beş minə qədər qız ailə qurur.

Rəyi öyrənilmiş Bakı sakinlərinin dörddə üçü 18 yaşından kiçik fərdlərin ailə qurmasına mənfi yanaşır (76 %). Mövzunun ürək-könül məsələsi olduğunu nəzərə alanlar məsələyə neytral yanaşırlar (17 %). 5 % respondent isə erkən nikahlara müsbət baxdığını söyləyir.

Paytaxt sakinlərindən soruşulan digər sual isə övlad sahibi olub olmamaqlarından asılı olmaraq uşaqlarının erkən nikaha girmələrinə icazə vermələri ilə bağlı idi. Sorğu nəticəsində məlum oldu ki, respondentlərin böyük əksəriyyəti övladının 18 yaşından tez ailə qurmasına qarşıdır (87 %). Rəyi öyrənilmiş hər on nəfərdən biri isə məsələyə müsbət yanaşır (10 %).

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


İmza:

Hava şəraitinə görə 2500-dək neftçi təxliyyə edildi

Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Yol polisi bütün qüvvələri səfərbər edəcək - Havaya görə

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi, açıq havada iş qadağan edildi

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi

“Azərenerji” xüsusi rejimdə işləyəcək - Hava şəraiti ilə bağlı

Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər

Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

SON XƏBƏRLƏR
2019-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Psixiatr pasienti yoxlayır və sual verir;
- Sizdə evdə böyüklük, dahilik xəstəliyinə yoluxan varmı?
- Nə bilim, hərdən ərim gicləyir ki, ailənin başçısı mənəm.




digər lətifələr
ARXİV
FACEBOOK