adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Fevral 2018 11:28
5329
HADİSƏ
A- A+

Qaxdakı zəlzələ ilə bağlı rəsmi məlumat

Fevralın 9-da Zaqataladan 27 km cənub-şərqdə, Qax rayonu ərazisində 2,9 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Adalet.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:50:59-da qeydə alınıb.

Ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.