adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Fevral 2018 09:20
7878
HADİSƏ
A- A+

FHN Bakıdakı qəza ilə bağlı məlumat yaydı

Bakıda yük avtomobili yaşayış evinə çırpılıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Bakı şəhəri, Sabunçu rayonunda "SHACMAN” markalı yük avtomobili fərdi yaşayış evinə çırpılıb.

Qəza nəticəsində sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.