Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Naxçıvan Muxtar Respublikasının yaranmasından 94 il ötür Adalet.az | Naxçıvan Muxtar Respublikasının yaranmasından 94 il ötür Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Naxçıvan Muxtar Respublikasının yaranmasından 94 il ötür

9465    |   2018-02-09 09:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ili tamam olur.

1924-cü il fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yarandığı gündür.

1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət artırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi.

Müstəqillik illərində çətinliklərlə qarşılaşan, ermənilərin silahlı basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunub və inkişafı təmin edilib. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir.

Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyətli məqam əks olunub. Bu sənəd Ali Məclis Sədrinin tövsiyəsi ilə hazırlanıb və nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilib.

Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına, habelə hazırda qüvvədə olan iki beynəlxalq müqaviləyə əsaslanır. Bundan başqa, qeyd olunub ki, muxtar respublikanın statusu həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Maddənin sənədə daxil edilməsi Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci ildə qəbul olunan Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Ölkəmiz, o cümlədən muxtar respublikamız üçün mühüm olan beynəlxalq müqavilənin hüquqi qüvvəsinin Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən tanınması, şübhəsiz ki, bu sahədə aparılan fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.




İmza:

Hava şəraitinə görə 2500-dək neftçi təxliyyə edildi

Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Yol polisi bütün qüvvələri səfərbər edəcək - Havaya görə

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi, açıq havada iş qadağan edildi

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi

“Azərenerji” xüsusi rejimdə işləyəcək - Hava şəraiti ilə bağlı

Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldıla bilər

Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

SON XƏBƏRLƏR
2019-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Psixiatr pasienti yoxlayır və sual verir;
- Sizdə evdə böyüklük, dahilik xəstəliyinə yoluxan varmı?
- Nə bilim, hərdən ərim gicləyir ki, ailənin başçısı mənəm.




digər lətifələr
ARXİV
FACEBOOK