adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Fevral 2018 09:44
14759
KRİMİNAL
A- A+

DİN: Ötən gün 114 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 24-ü "isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.