adalet.az header logo
  • Bakı 18°C
08 Fevral 2018 17:49
12473
SİYASƏT
A- A+

Prezident seçkiləri Azərbaycanın daxili işidir - Rəsmi Moskva

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirib.

 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin tarixinin dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edib-etməyəcəyi barədə sualına cavab verərkən bildirib ki, Azərbaycanda prezident seçkiləri bu suveren dövlətin daxili işidir:

"Seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı ilk növbədə Azərbaycan hökumətinə müraciət edilməlidir. Azərbaycan hökuməti də bunu artıq şərh edib”.