Nənəmin oyanmadığı yuxuda qalan babam...

EMİNQUEY AKİF
71478 | 2018-02-08 16:52

Nənə, dörd il əvvəlin bugünü sən yatdın və bir dəayılmadın. Səndən sonra babam da əcaib bir yuxunun içinə düşüb. Babama əsəbiləşib"Səni görüm əllərdə qalasan” demişdin ha, yadına gəlir? Bilirəm, heç ürəyindənolmayıb bu qarğış. Yerinə yetib, biləsən. Qarğışın iki başı var, elə deyirlər.Hərçənd ki, kiminsə qarğışı ilə yaranmayan insan, heç kimin qarğışı ilə də öləbilməz. Amma bu qarğışın elə yerinə yetib ki, gəl, görəsən.

Babambir gün sübh çağı oyanıb, bulağa su gətirmək üçün gedib. Qışın soyuğunda,qarda, buzda... Qayıdanda qardaşıgilin evinin önündə sürüşüb, yıxılıb. Bəxti osarıdan gətirib ki, evinin həyətində yıxılmayıb. Yoxsa heç kim səsini eşitməzdi,bilməzdi ki, Əjdər kişi yıxılıb, ona kömək lazımdır. Elə oradaca qalardı, xəbərsizfilan şaxtadan, ağrıdan ölərdi. Qıçını sındıran babamı görən qonşulardan biriqardaşını, qardaşı uşaqlarını köməyə çağırıb, evinə kimi aparıblar. Sonra bizəzəng vurublar. Zəngi eşidən kimi tələm-tələsik yola düşmüşdük. Kəndin yollarıqar, buz içində idi. Babamı bir zülmlə rayon xəstəxanasına apardıq. Ordan daBakıya gətirdik.

Artıqbir ildən çoxdur ki, babam özünə gələ bilmir. Sərbəst yeriyə bilmir, uşaqlarıbir dediyini iki eləmir. Amma o, özünü qəribə aparır. Nədənsə narazıdır. Tez –tez özünü qınayır. Ki, kaş belə yaşamaqdansa öləydim. Tez – tez kəndə, öz evinəqayıtmaq istəyini dilə gətirir. Amma onu təkbaşına kəndə necə aparaq? O kənddətək necə qalacaq? Övladları, iki qızı, iki oğlu işini, gücünü atıb, ailəsiniatıb kəndə necə qalsınlar? Mütləqdi ki, o, Bakıda, övladlarının yanındaqalmalıdır. Ta özünə gələnə, sərbəst gəzənə qədər.

Babambiraz vasvası, biraz da qəliz xasiyyətli adamdır. Məsələn, onun armudu stəkanı,çəngəli, qaşığı, yağı, pendiri, çörəyi, əl-üz dəsmalı, bir sözlə hər şeyiayrıdır. Ömründə bir dəfə də olsun araq içməyib, siqaret çəkməyib. Ömrü boyubir yerdə qərar tutmayan babam indi çarpayıdan ayrılmaq istəmir. Ha eləsək dəki, dur, gəz, ayağın düzəlsin, ərinir, tənbəllik edir.

Babam nənəmöləndən sonra hər gün onun məzarını ziyarətə gedirdi. İki ilə yaxın evdətelevizor işlətmədi. Biz o iki il ərzində hər dəfə babamgilə gedəndə danışmağasöz tapmayanda bir-birimizin üzünə baxdıq, durduq. Hər dəfə yaddaşımıqurdalayıb səni xatırladım. Həyatımın üçüncü qadını sən idin. Bəzən anamdanqoruyan, bəzən atamdan. Bəzən kənddə dalaşdığım uşaqlardan. Bəzən də məftilmaşınımı əzib tullayan da sən idin. Və səni ən çox da anama dediyin sözlərləxatırlayıram: "Kaş Eminə şillə vurmazdım”. Birinci və axırıncı şillən idi.Üzünü çimdikləyib öpəndə də, qıdıqlayanda da, bayramlarda cibimizə pul basandada sən mənim üçün ancaq şirin nənəm idin. İndi böyümüşəm. İndi sən mənim üçün həmdə anamın anası Samiyə, babamın həyat yoldaşı Samiyə xanımsan.

Amma nənə,deyim ki, bil. Qadın ərindən tez dünyadan köçürsə, kişi üçün çətin olur. Qadınhardasa öyrəşə bilir, amma kişidə alınmır. Bilirsən, sənin gedişinlə qocalığınıbiraz da dərindən hiss edən babam, indi daha da dərindən hiss edir. Onun ərköyünlüyünəancaq sən dözə bilərdin. İndi uşaqdan da betərdi. Hər sözdən tez inciyir, tezküsür. Onun hərdən öz-özünə deyinməyinə ancaq sən səbrlə qulaq asa bilərdin.Onun kəmhövsələliyinə sənin hövsələn tab gətirərdi. Bilirəm e, bu sözlərim heçnəyəyaramır, amma bu yazıda demək istədiklərimi hər dəfə səni ziyarətə gələnövladların ağlaya-ağlaya, baş daşını öpə-öpə deyiblər.

Nənə,necə də rahat ölmüsən. Özünün arzuladığın kimi: Az ağrı, asan ölüm...

Biləsənki, övladlarına qoca bir ata yox, həm də körpə bir uşaq qoyub getmisən. Və uşaqçətin ki, bir də böyüyə, ayaq tutub yeriyə... Ruhun şad olsun, nənə!

TƏQVİM / ARXİV