ANA SƏHİFƏ / MƏMLƏKƏT

“ADSIZ QADIN” TÜRKİYƏDƏ XOCALI SOYQIRIMINI ANLADIR

8754    |   2018-02-08 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda müharibə ədəbiyyatını olmadığın iddia edənlər var. Lakin bunu idda edənlər gözləri önündə olan əsərləri görmürlər və ya görmək istəmirlər. Qarabağ müharibəsi başlanandan bu günədək xeyli əsərlər yazılmış, hətta tamaşaya da qoyulmuşdur. 2001-ci ildə dramaturq Aygün Həsənoğlu tərəfindən yazılmış "Adsız qadın” əsəri Elçin İmanovun quruluşunda 2016-cı dekabr ayında İstanbulda səhnəyə çıxmışdır. İstanbul Azərbaycan Teatrının hazırladığı "Adsız qadın” tamaşası Türkiyəli tamaşaçılar tərəfindən hərarətlə qarşılanmış, indiyə qədər bütün tamaşalar anşlaqla keçmişdir.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya ədalət” kampaniyası çərçivəsində Türkiyənin istanbul şəhərində və digər bölgələrdə göstərilməsi planlaşdırılan tamaşanın 2018-ci ildəki ilk nümayişi Milki qəhrəman Mübarizim İbrahimovun doğum gününə həsr olunmuşdur. Küçükçəkməcə Bələdiyyəsinin mədəni-kütləvi tədbirləri proqramı çərçivəsində 7 fevralda nümayiş etdirilmiş tamaşanı 400-ə qədər tamaşaçı böyük maraqla izləmişdir. Kəmalə Cabbarovanın məharətlə yaratdığı Xocalı qadını obrazı tamaşaçılar tərəfindən heyranlıqla və alqışlarla qarşılanmışdır. Bir tamaşada övladının toyuna hazırlaşan ana, həm qaynana, həm qonşu qadın. Həm girov qadın, həm ruh xəstəsinə çevrilmiş zərərçəkən qadın, sonda şahid və nəhayət, öz haqqını almaq üçün mübarizəyə atılan qadın obrazlarını bir taçaşa ərzində uğurla birləşdirməyi və təqdim etməyi bacaran Kəmalə Cabbarova sanki 1992-ci ilin o dəhşətli soyqırım günündən bu günədək yalnız qadınların deyil, bütün Azərbaycan xalqının və insanlığın yaşantılarını həm nümayiş etdirməyi, həm tamaşaçılara yaşatmağı bacarır. Səhnədən səhnəyə həyəcanı və çalarları artan obrazı müxtəlif vəziyyətlərini, həm psixolioji, həm də fiziki zərbələrini üzündə, baxışalrında əks etdirə bilməsi Kəmalə Cabbarovanın aktyor ampulasında yeni rəngləri üz çıxarır və onun dramatik, psixoloji obrazlarıteatr səhnəsində yaratmaq, yetişdirmək bacarığını göz önündə açır. Səhnədən səhnəyə səsi, baxışı, yerişi dəyişən, xoşbəxtlikdən faciəyə gedən yolu anbaan yaşayan və yaşatmağı bacaran Kəmalə Cabbarova xüsusilə o dəhşətləri xatirlayarkən elə canlı görünür ki, salonda oturan hər kəs özünü o mühitdə, o dəhşətin içərisində hiss edir. Onu anlayır, onunla birikdə həyəcan keçirir, kədərlənir. Bu tamaşanı Kəmalə Cabbarovanın səhnə yaradıcılığının zirvəsi hesab etmək olar.

Rejissor Elçin İmanovun çox məhdud imkanlarla təqdim etdiyi quruluş quruluş Türkiyə tamaşaçılarında, hətta indiyədək tamaşanı izləmiş tetr adamlarında böyük maraq oyatdı. Teleteatr şəklində hazırlanmış tamaşada kinokadrla canlı səhnə younu bir-birinə ustalıqla birləşdirilmiş, nəticədə kino ilə teatr sintezi uğurlu alınmışdır. Qadının xatirələri kinokadrla göstərilir. Çünki yaşanmış hadisələr 2000-ci illərdə artıq sanki dəhşətli bir kino kimi xatırlanır. Amma onlar canlıdır, çünki şahidi var, onları yaşayan insanlar aramızdadır. Kadrlarda sadə bir kənd həyatı görürük. Bu anda görüntü birləşir. Səhnədəki görüntünü kinokadr, kinokadrdakı görüntünü səhnə tamamlayır. Çünki həyat öz axarı ilə davam edir, hələ yer yerindən oynamamış, hələ dünyanun oxu tərsinə fırlanmamış, hələ bu insanlar normal, ümid dolu həyatlarını yaşayırlar. Lakin bir anda görüntülər də, hadisələr də, həyat da dəyişir. İşğalçılar bütün arzulara son atəşlə son qiyurlar. O atəş əvvəlcə ailə başçısını öldürür, sonra ananın qızını, sonra oğlunu öldürür. Ana girovluğun dəhşətlərini yaşayır. Onun gözləri önündə oöluna işgəncə verirlər. Oölu işgəncələrdən həyatını itirir. Aölını itirən ana buna sevinir, qol açıb oynayır, çünki onu soyundurmuşdular, oölu onun çılpaq halını görməməmişdir. Oöul onun bu halını görməmək üçün gözlərini açmmammış, ona görə dişgəncə ilə öldürülmşüdür. Kəmalə xanım bu səhnəni həqiqətən də insan qılbiunə toxunan, onu sarsıdan bir duyöu ilə oynayır. Bütün bu səhnələr isə rejissor tərəfindən ustalıqla bir-birinin arxasınca düzülmüşdür. Qeyd etmək lazımdır ki, əslində əsər monopyes kimi yazılmışdır. Əsərdə digər obrazlar yalnız kölgə-xəyal kimi iştirak edirlər. Lakin Elçin İmanov o kölgələri canlandıraraq səhnəyə gətirir. Tamaşaya obrazlar əlavə edir. Bu həm baş rolu oynayan aktyora köməkdir, həm də oyunun rəngarəngliyini təmin edir. Ananin qızı rolunda səhnəyə çıxmış Tükriyəli aktyor Nihal Ərdəm Yolagəlməzin səhnədəki qısa oyunu özünün canlılığı, təbiiliyi və şiirinliyi ilə yadda qalır. Aktyor xanım toyuna hazırlaşan, buna görə də hər an xoşbəxtcəsinə gülümsəyən qızı, atamaşada çox dialoqu olmamasına baxmayaraq, diqqətçəkən bir ampulada təqdim etməyi bacarır. Öz gəllinlik donuna sonsuz sevinc və sevgi ilə baxan qızın baxışları xoşbəxt gələcəyə ümidlə bərabər ailə qurmasına sevinən bir gənc qızın xoşbəxtliyinin simvoluna çevrilə bilir. O, bu xoşbəxt sevinci ilə də səhnədən yox olur, çünki müharibə xoşbəxtliyinə son qoyur.

Tamaşa boyu ananın əlində bir bələk var. Uşaq hesab etdiyiniz bu bələk sonda açılır və onu içərisindən silah çıxır. əlbəttə, bu, əsl silah deyil, lakin onun görüntüsüdür bütün tamaşa kimi. Lakin o görüntü bir ümiddir. Ana erməni girovluundan geri alındıqdan sonra ruhi xəstəxanaya düşmüşdür və orada bu bələyi daim əzizləmiş qucağında gəzdirmişdir. Lakin o, əslində bir silahdır. Ananın bütün yaşadıqlarını intiqamını alacaq, torpaqlarını geri qaytaracaq bir silah... Ana mübarizəyə çağırır, lakin bu mübarizəyə öncə özü atılır. O, dünya ədalətini yerinə gətirmək üçün mübarizəyə atılır, çünki "Bu dünyanın üzünə qan Xocalıda çilənmişdir.”

Tamaşanın sonunda öz haqqını almaöa gedən qadının arxasınca torpağın titrəyərək yuxarı qalxması və dağlara çevrilərək ananın arxasınca torpağın da sanki öz haqqını almağıa getməsi son dərəcə həyəcanlandırıcı və heyrətləndiridirici bir rejissor tapıntısıdır.

Xocalı soyqırımının dəhşətləri Qarabağ müharibəsinin ədəbi salnaməsini yazmış və yazmaqda davam edən Aygün Həsənoğlunun qələmindən, Elçin İmanovun quruluşundan, Kəmalə Cabbarovanın oyunundan keçərək İstanbul tamaşaçısına 7 fevral günü çatdırıldı. Bütün tamaşaçılar "Anaların ürəyində partlayan güllələri” öz ürəklərində hiss etdilər. Tamaşa bitəndən sonra əksəriyyəti gənclərdən ibrət olan tamaşaçıların üzlərində də bunu hiss etmək mümkün idi. Bu isə, müharibə və soyqırım mövzusunu dramaturgiyaya və səhnəyə gətirmək kimi cəsarətli, amma ağır bir yükü üzərinə almış müəllifin, bu cür ağır tamaşanı ən imkansız şəraitdə, həta məşq üçün səhnə də tapmadan hazırlamağa özündə mənəvi güc tapa bilmiş rejissorun, bütün bu dəhşətləri hər tamaşada yaşayan və yaşadan baş rol ifaşısının uğuru idi.

Tamaşadan sonra ermənilər tərəfindən 871 vətəndaşımızın əsir və girov alındığı və geri verilmdiyi, bu geri verilməyən vətənaşlarımızdan 99-nun qadın olduğu barədə də məlumat verildi. Tamaşa bu dəfə İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Küçükçəkməcə Bələdiyyəsinin mədəniyyət proqramı çərçivəsində bələdiyyənin ən böyük teatr salonunda göstərilmişdir. Feral ayında "Adsız qadın” tamaşası Türkiyədə müxtəlif səhnələrdə tamaşaçılara təqdim ediləcəkdir.




İmza:
SON XƏBƏRLƏR
2018-02-18
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK