adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Fevral 2018 15:01
20193
SİYASƏT
A- A+

Gəncliyin səsinə səs verən siyasət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında bağlı sərəncam verib. Sərəncama əsasən aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılacaq bu seçkidə biz gənclərin də üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət isə seçkidə iştirak və layiqli namizədin dəstəklənməsidir. Ötən seçkilərdə olduğu kimi bu seçkidə də gənclərin Yeni Azərbaycan Partiyasının namizədi dövlət başçısı cənab İlham Əliyevə səs verəcəyi qaçılmazdır. Bunun əsaslandıracaq bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm.

Yeni Azərbaycan Partiyası hakim partiya kimi daim gənclər siyasəti, gənclərin məşğulluq, onların asudə vaxtlarının səmərəli təşkili məsələsinə xüsusi diqqətlə yanaşır. Partiyanın böyük əksəriyyətini gənclər təşkil edir. Ölkədə həyata keçirilən gənclər siyasəti, bu yöndə dövlət proqramının qəbul olunması, Gənclər Fondunun yaradılması, gənclərin dövlət strukturlarında təmsil olunmasının intensivləşməsi faktorları bizim əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən bu siyasi kursa bağlılığımızı daha da artırır. Qarşıdan gələn seçkilərdə də YAP-ın qələbə qazanması üçün hər bir gənc 11 apreldə öz qəlbinin səsinə səs verib prosesdə iştirak etməlidir. Edilən seçim vətənimizin daha da qüdrətlənməsinə, ölkəmizin sürətli inkişafına şərait yaratmaqla yanaşı Azərbaycanın yerləşdiyi regiondakı mövqeyini gücləndirəcək.
YAP Sədrinin müavini, icra katibi, Baş nazirin müavini Əli Əhmədov Gənclər Günü münasibəti ilə hakim partiyanın gənclər təşkilatı ilə görüşündə bəyan etdiyi kimi YAP-ın gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanması uğrunda çalışacaqlar: "Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin Yeni Azərbaycan Partiyasının namizədi üçün, Prezident İlham Əliyev üçün uğurlu olmasına, cənab Prezidentin qələbəyə nail olmasına YAP gəncləri öz töhfələrini verə biləcəklər”. Baş nazirin müavini bildirib ki, YAP gəncləri həmişə olduğu kimi, bu seçkilərdə də fəallıq nümayiş etdirəcəklər: "Gənclər seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcək”.


Bəli. «Azərbaycanı ən qüdrətli ölkəyə çevirək» çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur. Gənclərin təhsili, asudə vaxtlarının səmərəli, maraqlı və məzmunlu təşkili, milli adət və ənənələrə bağlılıq ruhunun gücləndirilməsi, dünyəvi və bəşəri irsə yiyələnmələri üçün önəmli islahatların aparılması, dünya standartlarına uyğun layihələrin həyata keçirilməsi ənənəvi hal alıb.

Bu inkişaf Azərbaycan Respublikasında hakimiyyətdə olan ölkə iqtidarının dövlətin idarəedilməsinə, ölkədə ictimai rifahın gücləndirilməsində, ölkənin təbii sərvətlərindən düzgün, məqsədyönlü istifadə edilməsində həyata keçirdiyi dövlət siyasətinin nə qədər doğru və düzgün olduğunu açıq şəkildə ortaya qoyur.

Ölkədə keçiriləcək növbəti prezident seçkiləri ölkəmizin çiçəklənməsinə, xalqımızın inkişafına öz töhfəsini verəcəkdir.

Cənab Prezident,

Sizə dərin hörmət hissi ilə bildirmək istəyirəm ki, növbəti prezident seçkilərində də YAP gəncləri sizə dəstək olacağıq. Çünki biz sizin növbəti dəfə ölkəmizə başçılıq etməyinizi və vətənimizi daha uca zirvələrə qaldırmağınızı böyük ümidlə gözləyirik. Azərbaycan xalqı yenə öz layiqli liderini seçəcəkdir.

AYGÜL AĞAYEVA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı,

YAP Səbail rayon ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri