adalet.az header logo
  • Bakı 16°C
08 Fevral 2018 15:05
15654
MƏMLƏKƏT
A- A+

Nardaranda özəl sərgi

Sabunçu rayonunda Fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub. Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbdə təşkil olunan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş "Fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası” adlı layihəsi çərçivəsində keçirilib. 

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya mərkəzinin gənclərinin əl işlərindən ibarət sərgi rayon ictimayyətinin və əsasən məktəb şagirdlərinin böyük marağına səbəb olub. Sərgidə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və digər nümayəndələr iştirak ediblər.
Sərgidə çıxış edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova ölkəmizdə həyata keçirilən sosial siyasətdə fiziki məhdudiyyətli insanlara xüsusi diqqət və qayğının olduğunu bildirib. Onun sözlərinə görə, son illər həm qanunverici bazanın təkmilləşdirilməsi, bu istiqmətdə yeni qanunların qəbulu bu kateqoriyaya aid insanların problemlərinin köklü həllinə zəmin yaradıb.

Fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışan D.Cəbrayılova bildirib ki, bu istiqamətdə hər kəs əlindən gələni əsirgəməməlidir.: "Bu layihənin həyata keçirilməsi ölkə miqyasında yeni simaların aşkar edilməsində bir ilk olacaq”.

Daha sonra lahiyə rəhbəri Mətanət Quliyeva çıxış edərək tədbir iştirakçılarına layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər barədə məlumat verdi. Layihə rəhbəri vurğuladı ki, layihənin məqsədi əlilliyi olan istedadlı simaları üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiya olmasına nail olmaqdır. Daha sonra tədbir iştirakçıları layihə rəhbəri Mətanət Quliyevanın sərgisi ilə tanış oldular və bədii hissəni dinlədilər. Tədbir iştirakçıları əlilliyi olan, uşaqların yaxınları və valideynləri layihə haqqında müsbət fikirlərini bildirərək bu layihənin davamlı olmasını arzuladılar.



Sonda layihə rəhbəri Mətanət Quliyeva hər kəsə minnətdarlığını bildirərək, sərgidə iştirak edən bacarıqlı gənclərə sertifikatlar təqdim etdi.