adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Fevral 2018 14:50
17632
SİYASƏT
A- A+

“Tarixi torpaqlara qayıdış bizim hədəfimizdir” - İlham Əliyev

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Prezident deyib: "Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın. Tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir. Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Təcrid siyasəti torpaqlarımız azad olunana kimi davam etdiriləcək".

Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan prezident deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir: "Bizim ən böyük dəyərimiz müstəqilliyimizdir və müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevdir. Azərbaycanın bu yolla uğurla gedir”.

Ölkə rəhbəri bildirib ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması gələcək illərdə də diqqət mərkəzində saxlanacaq.

Azərbaycanın iştirak etdiyi qlobal layihələrin, Cənub Qaz layihəsinin əhəmiyyətindən danışan dövlət başçısı ölkənin malik olduğu iqtisadi güc və resursların siyasi müstəqilliyimizi də gücləndirdiyini vurğulayıb.