ANA SƏHİFƏ / TEXNOLOGİYA

Gömrükdə "İPhone X" əməliyyatı

8688    |   2018-02-08 14:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dubay-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan vətəndaşı əlbir olaraq 70 ədəd "İPhone X" markalı mobil telefonları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirməyə cəhd göstərib.

Adalet.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, həmin şəxslər telefonların qablaşdırıldığı 4 ədəd polietilen paketi gəliş zalında gizlədərək gömrük zonasından keçirməyə çalışsalar da, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində qaçaqmalçılıq predmetləri aşkar edilib.

Aşkar edilən paketlərə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib və 4 ədəd polietilen paketdə ümumilikdə 70 ədəd "İphone X 64 GB", "İphone X 256 GB" markalı mobil telefonların olduğu müəyyən edilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin sərnişinlərlə əlbir olan daha iki nəfər araşdırma məqsədilə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.



İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK