adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Fevral 2018 13:54
15504
SAĞLAMLIQ
A- A+

Baş ağrısının dərmansız müalicəsi


















Davamlı başınız ağrayır? Dərman atmadan keçmir? Bütün dərmanları bir kənara atın, pozitiv enerjinin gücünə inanın və təbii üsullarla baş ağrısını aradan qaldırın.


Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.


Stresslə bağlı baş ağrılarında yastığa bir neçə damcı Lavanda yağı damcılatmaqla rahat yata bilərsiz.


Əgər baş ağrısı nəbz kimi vurursa, gicgahlarınıza buz qoyun.


Baş massajı. Baş ağrısı zamanı başınızı barmaqların ucları ilə yüngül massaj edin.


İsti duş boşalma hissi yaradır. Duşa daxil olmaqla ayaqlarınızı isti su ilə dolu bir qabda saxlayın.


Miqren mənşəli baş ağrısında işığa həssaslıq artdığı üçün qaranlıq bir otaqda dincəlməyə üstünlük verin.


Həftədə ən az 3 dəfə yarım saat təmiz havada velosiped sürmək və ya piyada gəzmək baş ağrılarına yaxşı gələcəkdir.