adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Fevral 2018 13:49
11340
İDMAN
A- A+

Millimiz Bakıda yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək.

Adalet.az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, millimizBakıda Belarus yığması ilə qarşılaşacaq.BakıOlimpiya Stadionunda keçiriləcək matç martın 23-ü saat 20:00-da başlayacaq.

Bu, Azərbaycan milli komandasının 2018-ci ildəBakıda ilk oyunu olacaq. Eləcə də Qurban Qurbanov da millinin yeni baş məşqçisi kimi məhz həmin gün doğma meydanda debüt edəcək.

Qeyd edək ki, millimiz martın 27-də Antalyada Makedoniya, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoxlama görüşü keçirəcək.