Adalet.az | Emin Çölaşan: 9 Sentyabr 1922, Kipr Hərəkatı və 1947 və Afrin 2018 - Müqayisə Adalet.az | Emin Çölaşan: 9 Sentyabr 1922, Kipr Hərəkatı və 1947 və Afrin 2018 - Müqayisə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Emin Çölaşan: 9 Sentyabr 1922, Kipr Hərəkatı və 1947 və Afrin 2018 - Müqayisə

4135    |   2018-02-08 14:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sevgili oxucularım, uzun illər ərzində Türkiyədə çox vacib döyüş başlayıb. Birincisi "Qurtuluş döyüşü”. 

Yurdumuz işğal altında idi... Böyük hücum 26 avqust 1922-ci ildə topçumuzun atəşi və piyadamızın hücumu ilə başladı. 30 avqust "Meydan müharibəsi”ndə qalib olduq. 

Mustafa Kamal Paşanın "Ordular, ilk hədəfimiz Ağ dənizdir, irəli!” əmri ilə Türk ordusu irəlilədi və 9 sentyabrda məqsədə çatdı.

İzmir Yunan işğalından qurtarılmışdı. 

Əlimizdə nə tank var idi, nə yük maşını, nə də xəstəxana. Əsgərə döyüş meydanlarında isti bir şorba belə vermək çox hallarda mümkün olmurdu. 

Döyüş meydanlarından İzmirə əsgərlərimiz bu şərtlər altında 13 günə çatdı. İşin qəribə tərəfi də yeni dövlətimizin yanında olan və bizə maddi, ya da mənəvi dəstək olan heç bir ölkə yox idi. 

Qələbəni bu şərtlər altından qazandıq, azadlığı əldə etdik.

***

İkinci milli qələbəmiz Kipr Barış Hərəkatı oldu.

Kipr türklərini Rum təzyiqindən qurtarmaq üçün döyüşə başladıq. 

Yenə də tək idik.

20 İyul 1974-də hərəkat başlayanda bütün dünya bizə qarşı idi. 

Gəmilərimizlə, təyyarələrimizlə, helikopterlərimizlə və eləcə də qurudan hücum elədik. 

Bizə olunan təzyiqlərin nəticəsi kimi məcburən atəşkəs elan etdik. 

Ancaq ordumuz çox dar bir yerə sıxışdırılmışdı və böyük təhlükə altında idi. 

Sonra 14 avqust ikinci hərəkata başladıq və Maqosaya qədər əraziləri ələ keçirtdik.

***

Havadan hücuma keçmək istəyirdik, amma qırıcılarımızın benzini yox idi.

Liviyanın bəyənmədiyi lideri Qəddafi bizim qırıcılarımızı benzinlə təmin elədi. 

Özü də bir qəpiksiz!

Aradan illər keçdi.

Bizi o hərəkat zamanı böyük sıxıntılardan qurtaran Qəddafini 2011-ci ildə öz ölkəsində linç etdilər. 

Və bizim Ərdoğan tərəfdarları heç utanmadan, qızarmadan Qəddafini "Əccəb oldu, betər günə qalsın” deyə qınadılar. Üstəlik Qəddafini devirənlərə çamadanlarla pul yardımı göndərdilər.

***

İstər Qurtuluş Döyüşü, istərsə də Barış Hərəkatı dövründə təbliğat və təqdimat gücümüz sıfıra bərabər idi. 

İslam ölkələri daxil olmaqla yanımızda heç kim yox idi. 

Ancaq idarəçilərin arxasında milli gücümüz, millətin dəstəyi var idi.

***

Son əməliyyatları Suriya torpaqlarında, Afrində aparırıq. Sərhədlərimizdən təxminən 50 kilometr uzaqlıqda, PKK-nın əlində olan bir qəsəbədə. 

Bizim səlahiyyətli şəxslərin açıqlamalarına görə, terror qruplaşmasının bu dəqiqəyə kimi mindən çox ölüsü var. Bu ölülərin necə sayıldığını bilmirik, amma mütləq ki doğrudur!

***

Yaxşı, bu Afrin hadisəsində, ya da daha geniş bir aspektən baxsaq Suriya hadisəsində yanımızda kimlər var? 

Heç kim yoxdu! 

İslam ölkələri hardadır? 

Onlar heç vecimə də deyil, çünki heç biri yanımızda deyil. 

Onların din qardaşlığı da boş-boş sözlərdir. 

Hardadı bizim iki millət, bir dövlət dediyimiz Azərbaycan? 

Hardadır Səudiyyə Ərəbistanı, Qatar kimi fırıldaqçılar? 

Bu əməliyyat mövzusunda bugünə kimi hansı açıqlamalarında bizə dəstək olduqlarını dedilər? 

Hardadır özümüzü gözə soxmaq üçün, bəyəndirmək üçün pullarımızı məscidlər tikdirməyə sərf etdiyimiz İslam ölkələri? 

Maddi deyil, mənəvi bir dəstək axtarırıq, amma tapa bilmirik.

***

30 avqust 1922. Böyük qələbə və İzmirin qurtuluşu…

20 İyul 1974. Kipr Barış Hərəkatı və sonrası…

Və sonuncu Afrin əməliyyatları.

İlk ikisində tək idik, amma qələbə bizim oldu.

İndi üçüncüsünü yaşayırıq, bunda da qalib gəlməyə ümidliyik. Hərçənd ki 20 gün keçib, bu dəfə qələbə əməlli-başlı ləngiyib, amma eybi yoxdur. 

Çünki bu dəfə başımızda o boyda dünya liderimiz var!

Onun varlığı bizə bəsdir!




YAZARIN ARXİVİ

2018-08-14 : "NAĞIL QAPISI"
2018-08-11 : TATUİRİZM?
2018-08-11 : Hacı Baxşəli
2018-08-04 : SARAY ADAMI
2018-07-31 : Soyuducu
2018-07-28 : Sevinc
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO