adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Emin Çölaşan: 9 Sentyabr 1922, Kipr Hərəkatı və 1947 və Afrin 2018 - Müqayisə

7996 | 2018-02-08 14:41

Sevgili oxucularım, uzun illər ərzində Türkiyədə çox vacib döyüşbaşlayıb. Birincisi "Qurtuluş döyüşü”. 

Yurdumuz işğal altında idi... Böyük hücum 26 avqust 1922-ci ildə topçumuzunatəşi və piyadamızın hücumu ilə başladı. 30 avqust "Meydan müharibəsi”ndə qalibolduq. 

Mustafa Kamal Paşanın "Ordular, ilk hədəfimiz Ağ dənizdir, irəli!” əmriilə Türk ordusu irəlilədi və 9 sentyabrda məqsədə çatdı.

İzmir Yunan işğalından qurtarılmışdı. 

Əlimizdə nə tank var idi, nə yük maşını, nə də xəstəxana. Əsgərə döyüş meydanlarındaisti bir şorba belə vermək çox hallarda mümkün olmurdu. 

Döyüş meydanlarındanİzmirə əsgərlərimiz bu şərtlər altında 13 günə çatdı. İşin qəribə tərəfi dəyeni dövlətimizin yanında olan və bizə maddi, ya da mənəvi dəstək olan heç birölkə yox idi. 

Qələbəni bu şərtlər altından qazandıq, azadlığı əldə etdik.

***

İkinci milli qələbəmiz Kipr BarışHərəkatı oldu.

Kipr türklərini Rum təzyiqindən qurtarmaq üçün döyüşə başladıq. 

Yenə dətək idik.

20 İyul 1974-də hərəkat başlayanda bütün dünya bizə qarşı idi. 

Gəmilərimizlə, təyyarələrimizlə, helikopterlərimizlə və eləcə də qurudan hücumelədik. 

Bizə olunan təzyiqlərin nəticəsi kimi məcburənatəşkəs elan etdik. 

Ancaq ordumuz çoxdar bir yerə sıxışdırılmışdı və böyük təhlükə altında idi. 

Sonra 14 avqust ikincihərəkata başladıq və Maqosaya qədər əraziləri ələ keçirtdik.

***

Havadan hücuma keçməkistəyirdik, amma qırıcılarımızın benzini yox idi.

Liviyanın bəyənmədiyi lideriQəddafi bizim qırıcılarımızı benzinlə təmin elədi. 

Özü də bir qəpiksiz!

Aradanillər keçdi.

Bizi o hərəkat zamanı böyük sıxıntılardan qurtaranQəddafini 2011-ci ildə öz ölkəsində linç etdilər. 

Və bizim Ərdoğan tərəfdarlarıheç utanmadan, qızarmadan Qəddafini "Əccəb oldu, betər günə qalsın” deyəqınadılar. Üstəlik Qəddafini devirənlərə çamadanlarla pul yardımı göndərdilər.

***

İstər Qurtuluş Döyüşü, istərsə də Barış Hərəkatı dövründə təbliğat vətəqdimat gücümüz sıfıra bərabər idi. 

İslam ölkələri daxil olmaqla yanımızda heçkim yox idi. 

Ancaq idarəçilərin arxasında milli gücümüz, millətin dəstəyi var idi.

***

Sonəməliyyatları Suriya torpaqlarında, Afrində aparırıq. Sərhədlərimizdən təxminən 50 kilometr uzaqlıqda, PKK-nın əlində olan birqəsəbədə. 

Bizim səlahiyyətli şəxslərin açıqlamalarına görə, terrorqruplaşmasının bu dəqiqəyə kimi mindən çox ölüsü var. Bu ölülərin necəsayıldığını bilmirik, amma mütləq ki doğrudur!

***

Yaxşı, bu Afrin hadisəsində, ya da daha geniş bir aspektən baxsaq Suriyahadisəsində yanımızda kimlər var? 

Heç kim yoxdu! 

İslam ölkələri hardadır? 

Onlar heçvecimə də deyil, çünki heç biri yanımızda deyil. 

Onların din qardaşlığı daboş-boş sözlərdir. 

Hardadı bizim iki millət, bir dövlət dediyimiz Azərbaycan? 

Hardadır Səudiyyə Ərəbistanı, Qatar kimifırıldaqçılar? 

Bu əməliyyat mövzusunda bugünə kimi hansı açıqlamalarında bizədəstək olduqlarını dedilər? 

Hardadır özümüzü gözə soxmaq üçün, bəyəndirmək üçünpullarımızı məscidlər tikdirməyə sərfetdiyimiz İslam ölkələri? 

Maddi deyil, mənəvi bir dəstək axtarırıq, amma tapabilmirik.

***

30 avqust 1922. Böyük qələbə və İzmirinqurtuluşu…

20 İyul 1974. Kipr Barış Hərəkatı vəsonrası…

Və sonuncu Afrin əməliyyatları.

İlk ikisində tək idik, amma qələbə bizimoldu.

İndi üçüncüsünü yaşayırıq, bunda da qalibgəlməyə ümidliyik. Hərçənd ki 20 gün keçib, bu dəfə qələbə əməlli-başlıləngiyib, amma eybi yoxdur. 

Çünki bu dəfə başımızda o boyda dünya liderimizvar!

Onun varlığı bizə bəsdir!


TƏQVİM / ARXİV