adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Fevral 2018 12:50
12289
SİYASƏT
A- A+

Elmar Məmmədyarov Brüsselə yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, xarici işlər naziri E.Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında iştirak etmək üçün fevralın 8-də Brüsselə yola düşüb.

Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası fevralın 9-da keçiriləcək.