adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Fevral 2018 12:44
7335
HADİSƏ
A- A+

Cəbhədə erməni təxribatının qarşısı alındı - Düşmən itki verdi

Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumatda bildirilib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.