adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Fevral 2018 11:42
9564
MƏMLƏKƏT
A- A+

Bakı-Gəncə aviareysi təxirə salınıb

Gəncə aeroportunda qatı duman səbəbindən Bakı-Gəncə aviareysində ləngimə olub.

Adalet.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, fevralın 8-də saat 08:00-da həyata keçirilməli olan J2-239 saylı Bakı-Gəncə reysi təxirə salınıb.

AZAL-ın "Embraer E190LR” təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulan reys ilə növbəti uçuşun vaxtı hazırda məlum deyil.