ANA SƏHİFƏ / İDMAN

“Çelsi” Luis Enrikeylə anlaşdı

6667    |   2018-02-08 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Barselona”dan ayrıldıqdan sonra işsiz qalan Luis Enrikenin yeni komandası bəlli olmaq üzrədir.

Adalet.az "NTV Spor”a istinadən xəbər verir ki, ispan mütəxəssisin İngiltərədə işləyəcəyi haqda söz-söhbətlər güclənib.

Bazar ertəsi "Vest Bromviç”i qəbul edəcək "Çelsi” xal itirəcəyi təqdirdə baş məşqçi Antonio Konte illə yolların ayrılacağı ehtimal olunur. Məsələ burasındadır ki, son 3 qarşılaşmada London klubu meydandan müxtəlif hesablı məğlubiyyətlərlə ayrılıb.

Kontenin gedişindən sonra onun yerinə ilk real namizəd kimi məhz ispaniyalı Luis Enrike göstərilir.

İspaniya mətbuatı "Çelsi” rəhbərliyinin 47 yaşlı mütəxəssislə görüşdüyünü yazıb. Hətta iddiaya görə, tərəflər arasında 2,5 illik müqavilənin razılığı da alınıb.

Xatırladaq ki, "Çelsi” Çempionlar Liqasının pley-off mərhələsində Luis Enrikenin sabiq klubu "Barselona” ilə qarşılaşacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK