adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Fevral 2018 11:25
10683
İDMAN
A- A+

İlk finalçı müəyyənləşdi

İspaniya Kral Kubokunda ilk finalçının adı bəlli olub. 

Həlledici görüşdə oynamaq hüququna "Sevilya” yiyələnib.

Yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində "Leqanes”lə 1:1 hesablı heç-heçə edən əndəluslular öz meydanlarındakı cavab matçında 2:0 hesablı qələbə qazanıblar. "Sevilya”nın qollarına 15-ci dəqiqədə Xoakin Korrea, 89-cu dəqiqədə isə Franko Vaskes imza atıblar.

Digər finalçının adına isə bu gecə aydınlıq gələcək. "Barselona” "Nou Kamp”da 1:0 hesabı ilə üstələdiyi "Valensiya” ilə bu dəfə səfərdə qarşılaşacaq.

Qeyd edək ki, "Valensiya” – "Barselona” matçı Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.