adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Fevral 2018 10:57
11855
İDMAN
A- A+

Evra rəsmən Premyer Liqa klubunda

Fransa millisinin sabiq üzvü Patris Evra karyerasını İngiltərədə davam etdirəcək.

36 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi "Vest Hem"lə müqavilə bağlayıb. Xəbəri klubun rəsmi saytı yayıb. Təcrübəli futbolçu mövsümün sonuna kimi bu komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Evra 2006-2014-cü illərdə İngiltərədə "Mançester Yunayted"də çıxış edib. Son olaraq "Marsel"in şərəfini qoruyanmüdafiəçi ötən ilinnoyabrında Avroliqa oyunundan əvvəl azarkeşi vurduğuüçün fransız klubundan kənarlaşdırılmışdı.