adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Fevral 2018 10:51
15820
GÜNDƏM
A- A+

İlham Əliyev YAP-ın prezidentliyə namizədi oldu

Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı işə başlayıb.

Adalet.az xəbər verir ki, YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.

Qurultayda prezident İlham Əliyev yenidən partiyanın seçkidə vahid namizədi seçilib.

Qeyd edək ki, bu ilin aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.