adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Fevral 2018 17:26
29646
TEXNOLOGİYA
A- A+

Azərbaycanın peyklərdən əldə etdiyi gəlir 91 milyon dollara çatdı

"Azərkosmos" ASC-nin "Azerspace-1" və "Azersky" peyklərin kommersiya istismarından əldə etdiyi ümumi gəlir 91 milyon dollara çatıb.

"Azerspace-1" peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon, "Azersky" peyki isə 19 milyon dollar məbləğində gəlir gətirib.

2013-cü ilin fevral ayının 7-də orbitə buraxılan Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1"in dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var.

Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan "Azersky" peykinin xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə istifadə edilir.(trend)