adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Fevral 2018 16:13
13128
KRİMİNAL
A- A+

Oğurluq edən 3 keçmiş məhkum tutuldu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabrından cari il yanvarın 4-dək şəhər sakini olan altı nəfərin pul, mobil telefon, kosmetik və geyim əşyalarını, habelə "VAZ-21041” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov saxlanılıb.

Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən ilin dekabrından cari il yanvarın 21-dək rayonda beş evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə üç avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Nərimanov saxlanılıb.

Ötən ilin dekabrından cari il fevralın 1-dək olan müddətdə beş mağazadan pul, noutbuk, tütün məmulatı, spirtli içki, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Muraz Əzizov və Rövşən Nağıyev isəKəpəzRayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.