adalet.az header logo
  • Bakı 11°C
07 Fevral 2018 15:35
30891
TEXNOLOGİYA
A- A+

“GetContact”a giriş bloklandı

Azərbaycanda "GetContact” proqramına giriş bloklanıb.

Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, bu gün "GetContact”-a giriş məhdudlaşdırılıb, proqramdan istifadə etmək mümkün deyil.

Qeyd edək ki, "GetContact” proqramı vasitəsilə istənilən nömrənin mobil telefonlarda hansı adla qeydə alınmasını görmək mümkün idi. Nəticədə bəzən xoşagəlməz adlar ortaya çıxdı. Bu isə insanların psixoloji narahatlığa səbəb olurdu. Bu səbəbdən əksər sosial şəbəkə istifadəçiləri proqramın qadağan edilməsini təklif edirdilər.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "GetContact” istifadəçilərinə xəbərdarlıq etmişdi:

""GetContact” adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra "Telefon nömrəsi” və "Facebook” hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan sonra "GetContact” istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir. Bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır”.