ANA SƏHİFƏ / YAZARLAR

AX, ZALIM DOSTLAR, ZALIM QARDAŞLAR

VAQİF BAYATLI ODƏR (CƏBRAYILZADƏ )

18982    |   2018-02-07 13:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ax, zalım dostlar,

zalım qardaşlar

fələyin zülmünə düşəndən bəri

kimin nə vecinə ki,

anamın əziziyəm,

kimin nə vecinə ki,

anam yalvarır göyə.

O qarasaç Allahım,

o gödəkboy Allahım

susub,

qorumur məni.

Bir də baxıb

görürsən ki,

bir boynuyoğun,

bir yekəqarın

üzündə bir şillə yeri

durub gözləyir səni.

Amma

bir boynuyoğun,

bir yekəqarını

döymək

mənə bir az çətindi

bir şilləlik canım var.

Ax, zalım dostlar,

zalım qardaşlar.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-04-22
2018-04-21


VİDEO