adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Fevral 2018 13:24
7948
GÜNDƏM
A- A+

Raket və Artilleriya birləşmələri döyüş hazırlığına gətirildi - FOTOLAR+VİDEO

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik "DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib.

Artilleriya birləşməsi qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib. Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.