adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Fevral 2018 13:07
12801
DÜNYA
A- A+

Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən üzr istədi

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəsmi şəkildə və yazılı formada Türkiyədən üzr istəyib.

Adalet.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazirin sözlərinə görə, bir neçə il əvvəl ABŞ-ın keçmiş dövlət katibi Con Kerri bildirmişdi ki, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən kəşfiyyat məlumatlarına malikdir. Bu məlumatı təkzib edən Türkiyə XİN sübut tələb etmişdi:

"Ankaranın bütün tələblərinə baxmayaraq, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən heç bir sübut təqdim edə bilmədi. Bundan sonra Türkiyə XİN Mərkəzi Kəşfiyyat İdarəsindən rəsmi üzrxahlıq tələb etmişdi”.