adalet.az header logo
  • Bakı 11°C
07 Fevral 2018 13:04
11282
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 28 minə yaxın qan xəstəsi qeydiyyata götürülüb

2017-ci ildə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna 14082 vətəndaş müraciət edib.

Bunu İnstitutun direktoru Zöhrə Əlimirzəyeva jurnalsitlərə açıqlamasında deyib. Z.Əlimirzəyeva qeyd edib ki, hazırda müəssisədə 27523 nəfər qan xəstəlikləri ilə dispanser qeydiyyatdadır.

" Azərbaycanda dispanser qeydiyyatında olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, o cümlədən qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir. Ümumilikdə, keçən il ərzində 687 nəfərdə qan xəstəlikləri (onların 603 nəfəri böyük, 84 nəfəri isə uşaqdır) aşkar olunub və dispanser qeydiyyatına götürülüb. Bütün bədxassəli şişlərin ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir".

Nazirlik rəsmisinin sözlərinə görə, ötən il aparılan laborator müayinələrin sayı 329552 təşkil edib:

"Bura hematoloji, sitoloji, biokimyəvi, immunological, və molekulyar -genetik müayinələr daxildir. 2017-ci ildə Mərkəzi Qan Bankı üzrə donor sayı - 44957 nəfər, Respublika üzrə isə donor sayı 85253 nəfər, o tədarük edilən qanın miqdarı 40670,5 litr olub".